Zarrab həbsdə ola-ola köməkçilərinə əmr verdi: “Azadlığa çıxacam, mənə Dubayda villa alın”
05.03.2020 12:45Həbsdə olan işadamı Rza Zarrab haqqında yeni məlumatlar ortaya çıxıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Rzanın Dubaya köçməsi üçün hazırlıq işləri aparılır.
Hazırda Zarrabın Türkiyədəki şirkətləri boşaldılır. Bu barədə xəbərlər Zarrabın köməkçilərinin yazışmasında öz əksini tapıb. O da məlum olub ki, işadamı həbsdə olsa da Türkiyədəki köməkçiləri ilə xəbərləşir.
Zarrab köməkçilərinə deyib ki, azadlığa buraxılacaq. İşadamı Dubayda yeni həyata başlaması üçün köməkçilərinin hazırlıq işi aparmasını tələb edib.
Bu arada, sadəcə Rza deyil Zarrab ailəsinin bütün üvləri yeni həyata başlamağa hazırlaşır. İşadamının valideynləri Şəbnəm və Hüseyn qardaşı Muhamməd Zarrablar İrana köçüblər.
Nərmin Kərim

