Zaur məgər bunun fərqində deyil ki, belə bir şeyə yol vermək olmaz?!
05.03.2020 12:45Ötən gün “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın “Elçilik” rubrikasında 16 yaşlı qız üçün elçiliyə getməsi cəmiyyət arasında etirazla qarşılanıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, məsələ ilə bağlı münasibət bildirən media eksperti Zeynal Məmmədli bu hərəkətin qəti şəkildə yolverilməz olduğunu dedi:
“Birmənalı şəkildə bu olmaz. Birincisi, bu qızın nə yaşı var axı? Məgər onun qərar vermək vaxtıdır? Üstəlik, o uşaq sayılırsa, uşağın ilk növbədə valideynlərinin bundan xəbəri olmalıdır. Ümumiyyətlə, bu yolverilməzdir. Verilişdə qızı bu şəkildə təkid etmək ciddi qanun pozuntusudur.
Ümumiyyətlə, bu tip verilişlərdə onlara jurnalist demək olmaz. Onlar şoumendirlər, yəni bunların məqsədi insanları əyləndirmək, təsirləndirmək, ağlatmaq, güldürməkdir. Birbaşa olaraq onlara jurnalist verilişi demək olmaz. Amma sözsüz ki, məsələ erkən evlilik kimi məsələlərdən gedirsə, burda jurnalist funksiyası olur. Amma anlaya bilmirəm ki, verilişdə buna necə icazə verilib? Zaur məyər bunun fərqində deyil ki, belə bir şeyə yol vermək olmaz?! Bu hərəkət ciddi ictimai rezonans doğurmalıdır. Əksinə bütün verilişlərdə ona çalışmalıyıq ki, qızlar nəyinki 16 yaşında, heç 18 yaşında da ərə getməsin. Onlar karyera sahibi olsun və öz ayaqları üstündə dursunlar. Çünki qadın öz ayaqları üstündə duranda o, çətinliklərdən də qorxmayacaq. Ailədə qarşılıqlı anlaşma olacaq, uşaqlarını da cəmiyyət üçün tərbiyyə etməsində ağır problem yaşamayacaq. Qız uşağını müasir təhsilə həvəsləndirməkdənsə, uşaq ola-ola evliliyə dəvət eləmək bu özü biabırçılıqdır”.

