Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zaxarovanın Bakıdakı dostları kimlərdir? – Rus “beşinci kolonu”nun şifrələri – Mühüm AÇIQLAMALAR

05.03.2020 12:45

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi və Azərbaycan tərəfinin ona cavabını bəzi politoloq çox yumuşaq şəkildə verildiyi iddia edirlər.

Об этом сообщает Роспрес

Rusiya XİN-in rəsmi nümayəndəsinin Azərbaycan mediasını təhqir etməsi və eləcə də keçirdiyi mətbuat konfranslarından birində Bakıda onun tərəfdarlarının olduğunu söyləməsi bəzi şübhələri məqamlar ortaya qoyur.

Zaxarovanın Bakıda olan yaxınları və ona məlumat ötürən kimlərdir?

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə A24.Az-a açıqlamasında bildirib ki, əgər Zaxarovanın Azərbaycanda dostları varsa, onlar həmçinin ermənilərin də dostları sayılır:

“Hamı bilir ki, Rusiya biz yaxın qonşuyuq. Rusiyada çoxlu azərbaycanlı işləyir. Bu səbəbdən də həmişə yaxşı münasibətlər qorunub saxlanılır. Ancaq bunu heç kim dana bilməz ki, 366-ci alay Rusiyanın alayı idi. Və hamı da çox gözəl bilir ki, ruslar Qarabağı işğal edib, ermənilərə veriblər. Rusiya Azərbaycanla dost olmaq istəyirsə və istəyirsə ki, azərbaycanlılar da onların dostları olsun, zəhmət olmasa əvvəlcə torpaqlarımız qaytarsın”.

“Ermənilər bizə torpaq qaytaran deyil, çünki indiki Ermənistan hakimiyyətində olanlar və onları gələcəkdə əvəz edəcək olanlar da hamısı “Qarabağ” məsələsinə görə siyasətə gəliblər. Zaxarova da  onlardandır və daima onlara müraciət edir. Özü etiraf edir ki, ermənilər mənim dostlarımdı”, – deyə deputat əlavə edib.

Millət vəkili vurğulayır ki, Rusiyada Azərbaycana qarşı yeni bir aqressiya formalaşmayıb:

“Bununla bağlı deyilənlər boş söhbətlərdir. Onların hazırda başları Suriyaya, ABŞ-ın tətbiq etdiyi sanksiyalara, Şimali Koreyaya qarışıb. Rusiya özünə yeni bir problem yaratmaq istəməz. Əksinə deyərdim ki, Azərbaycan hazırkı stiuasiyada istifadə edib, “Qarabağ” məsələsini bir dəfəlik müharibə yolu ilə həll edə bilər”.

“Mən bu fikrimi çoxdandı deyirəm ki, müharibə etməyin vaxtı artıq yetişib. Amma bu qərarı verməyi Ali Baş Komandan bilər. Çünki onun informasiyası məndən çoxdur. Dünyada ən vacib və əhəmiyyətli informasiyadır”, – deyə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri qeyd edib.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, politoloq Elxan Şahinoğlu A24.Az-a açıqlamasında bildirib ki, Zaxarovanın Bakıda dostları olması ilə bağlı dedikləri təxribatdır:

“Düşünmürəm ki, kimsə Azərbaycanda Zaxarovanı müdafiə edən olsun və onun tərəfini saxlayacaq açıqlamalar göndərsin. Mənə elə gəlir ki, Zaxarovanın son mətbuat konfransında “məni Bakıda dəstəkləyənlər var” deməyi təxribatdır. Əslində ona işarə edir ki, guya onun Bakıda tərəfdarları və Rusiyanın 5-ci kalonu var. O çalışır ki, təxribat yaratsın. Azərbaycanda şübhələr yaransın ki, Zaxarovaya işləyən şəxs kimdir. Ona materiallar göndərən kimdir. Bu işi Rusiya səfəri və onun nümayəndələri rahat şəkildə görə bilərlər”.

“Zaxarovanın özü ermənipərəstdir və onun Azərbaycan mediasını təhqir etməsindən sonra ölkəmizdən ona qarşı verilən bəyanatlar çox yumuşaq oldu. Bununla bağlı bildirmək istərdim ki, XİN-in mətbuat katibi Hikmət Hacıyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov 1 gün sonra Zaxarovanın bu fikirlərinə cavab verdilər. Ə.Amaşov məsələyə biraz yaxın yanaşsa da, H.Hacıyev diplomatik dildə cavab verdi və onun açıqlamasında heç Zaxarovanın adı da çəkilmədi. Həmçinin Zaxarovanın təhqiredici fikirlərinə cavab da vermədi. Məhz Zaxarovaya onun dedi şəkildə cavab verilməliydi. Onu da qeyd edim ki, bu Rusiya tərəfinin ilk belə addımı deyil”, –  “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri əlavə edib.

Politoloq xatırladır ki, Lavrova sual verən azərbaycanlı jurnalist məhz həmin sualdan sonra işdən çıxarıldı:

“Hələ o vaxt bu məsələyə uyğun belə bir yazı yazmışdı ki, bu bizə baha başa gələcək. Onlar görəcəklər ki, biz biraz qorxaqlıq nümayiş etdiririk onlar daha çox üstümüzə gələcəklər. Və dediklərim bu gün özünü doğruldur. O hadisədən sonra həmin o jurnalisti bizimkilər işdən çıxardılar və işdə səfir Polad Bülbüloğlu qarışdı və sonda bildirildi ki, Lavrova sərt sual vermək olmazmış”.

“Ondan sonra bu hadisə baş verdi. Əgər o zaman jurnalist işdən çıxarılmayıb fəaliyyətinə davam etsəydi, bu hadisə bu gün baş verməzdi. Görün bunlar nə qədər “qudurub”lar ki, artıq Azərbaycan mətbuatını, cəmiyyətini təhqir edici fikirlər söyləyirlər. Jurnalist heç orda sualı verməyə macal tapmadı, sualı ağzında qoydu. Çox təhqiredici ifadələrlə cavab verdi. Və hətta jurnalist vurğuladı ki, sualı təkrar etmək istəyirəm, bildirdi ki, yazılı formada göndərərsiniz. Bu birbaşa Azərbaycan cəmiyyətinə təhqiredici yanaşma və ermənipərəst mövqedir”, – deyə siyasi şərhçi qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, Zaxarova bilməlidir ki, əgər Rusiya “Qarabağ” məsələsində həmsədrdisə, heç olmasa sözdə də olsa, balansa riayət etməlidir:

“Biz çox yaxşı bilir ki, Ermənistan dəstək, silah verirlər, yardım edirlər, amma sözdə hər halda deyirlər ki, biz iki dövlət arasında münaisbətlərin tənzimlənməsində maraqlıyıq. Amma Zaxarova bu cür mövqe ortaya qoymaqla faktiki bir tərəfi Ermənistanı və erməni lobbisini seçdi”.

“Zaxarova xatirlərində də yazır ki, BMT-də Rusiya təmsilçiliyində mətbuat katibi işləyərkən tez-tez BMT binasının yanındakı erməni kilsəsinə baş çəkir, soyqırımla bağlı öz fikirlərimi erməni lobbisinin diqqətinə çatdırırdım. Bu fikirləri söyləyənlərdən əlbətdəki biz balanslı mövqe gözləyə bilmərik. Amma bu adam Rusiya XİN mətbuat katibidir və rusiya rəsmiləri arasında bpyük reytinqi var. Bu baxımdan onun Azərbaycan mediasını təhqir etməsi bu mənaya gəlir ki, Rusiya rəsmiləri bu şəkildə onu dəstəkləyirlər. Biz nə qədər sussaq və belə açıqlamalar versək, onlar bir az daha çox üstümüzə gələcəklər”, – deyə politoloq bildirib.

Məsələyə münasibət bildirən Zərdüşt Əlizadə hesab edir ki, Zaxarovanı Azərbaycanın milli maraqları müdafiə edir:

“Azərbaycanın milli maraqları bizdən tələb edir ki, Rusiya ilə dalaşmayaq. Çünki onlar çox güclü və amansız bir düşməndir. Etiraf edək ki, qorxuruq. İstənilən an Azərbaycanı əzə bilərlər. Heç kim də onlara heç nə deməz. Çünki beynəlxalq hüquq deyilən şey yoxdur”.

“Kosova, İraq, Liviya və başqa ölkələrdəki hadisələrdən sonra hamı anlamalıdır ki, beynəlxalq hüquq deyilən şey yoxdur. Beynəlxalq hüquqa inananlar çox sadəlövh insanlardır”, – deyə politoloq əlavə edib.

Siyasi şərhçi bildirir ki, Azərbaycan da bunu çox yaxşı anlayır və düşmənçilik üçün Rusiyaya heç bir bəhanə vermir:

“Dilinin altına qənd qoyub, şirin təbəssümlə onlarla danışır. Ona görə də, Zaxarova və onun kimiləri nə desə ona cavab verə bilmirlər. Elə düz də edir. Nəyinə lazımdı mənasız yerə problem yaratsın. Biz onlara qarşı belə ifadə işlətsəydik nə qazanacaqdıq? Heç nə. Əksinə itirəcəydik. Biz daha düşünülmüş, abırlı siyasət yürüdürük”.

Orxan