Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəfəranın heyrət doğuran faydaları – XALQ TƏBABƏTİ

05.03.2020 12:45

Zəfəranın faydaları bitib-tükənməzdir.

Об этом сообщает Роспрес

Plovların əvəzsiz ədviyyatı olan zəfəran insan orqanizmindəki bir çox xəstəliyə dərman ola biləcək effektə malikdir.

Saytımız Orta əsr mənbələrinə əsaslanaraq zəfəranın faydalarını qeyd edir:

Bədənə istilik verir, quruducu xüsusiyyətə malikdir.

Zəfəran əhval-ruhiyyəni olduqca yaxşılaşdırır, diqqəti qüvvətləndirir, sidikqovucu təsiri var.

O, ağciyərləri və nəfəs yollarını möhkəmləndirir, qaraciyər və dalaq fəaliyyəti pozulması hallarınada faydalıdır, yuxugətirici xassəyə malikdir.

Zəfəran ayrı-ayrı dərmanların təsirini bədənin orqanlarına daha tez çatdırır.

Bal ilə zəfəran yemək böyrək daşı olan xəstələr üçün münasibdir.

Onun başa qoyulan təpitməsi soyuqdan törənmiş baş ağrıları və yuxusuzluq üçün faydalıdır.

Zəfəran iştahanı zəiflədir, buna qarşı cirə və iskəncəbi işlətmək məsləhətdir.

Zəfəran yağı isidici və quruducu xassəyə malikdir, sinir sistemini sakitləşdirir, yuxu gətirir. Almanın içini oyub zəfəranı oraya doldurur, difteriya, sətəlcəm və ürək döyüntüsü zamanı iyləyirlər.