Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəhərli qidaların siyahısı açıqlandı

05.03.2020 12:45

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 48 cür ən məşhur meyvə və tərəvəzlərdən götürülmüş 36 mindən çox nümunə üzərində müxtəlif cür araşdırma aparıb. Məhsullar üzərində kimyəvi tərkibli preparatların təsiri araşdırılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici mediaya istinadən xəbər verir ki, nəticələrə görə meyvələr arasında ən zəhərli tərkibi olan çiyələkdir. Bazarda satılan çiyələklərin 70 faizdən çoxu gübrələrin köməyilə yetişdirilir.

Bir çiyələkdə 20-dən çox fərqli dərman tapılıb.

İspanaqda da təbii şəraitdə bitənlərdən 2 dəfə artıq dərman tapılıb.

Alma, şaftalı da çox miqdarda kimyəvi dərmanlarla yetişdirilən qidalara daxildir.

Armud isə zərərli tərkibə malik qidalar arasında 6-cı yerdədir.

 Kərəviz, üzüm, gilas, pomidor, bibər, kartof da siyahıda yer alır.

 Ən təmiz tərkibli qidalar isə sütül qarğıdalı, avakado, ananas, kələm, donmuş yaşıl noxud, quşqonmaz, manqo, badımcan, qovun, kivi, gül kələmi, qreyfrutdur. Bunların tərkibində isə çox az miqdarda gübrənin əlamətlərinə rast gəlinib.

Avakado, sütül qarğıdalı 1 faiz dərmanla ən təmiz qidalardan sayılır.
Ananas, quşqonmaz, kələm, soğanların isə 80 faizi təmiz çıxıb.