Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəhra üçün ədalət tələb edə bildikmi? – Dünyada kimlər göz yaşımızı sildi?

05.03.2020 12:45

İyulun 6-dan başlayaraq hələ 2 yaşını tamam etməmiş Zəhra Quliyevanın erməni silhalı qüvvələri tərəfindən öldürülməsi məlumatını dünyaya çatdırmaq və haqq-ədalət tələb etmək üçün yumruq kimi birləşdik.

Об этом сообщает Руспрес

Müxtəlif “heşteq”lərlə dünyaya “Zəhra üçün ədalət” mesajını verməyə çalışdıq. Bunu bacarıb-bacarmadığımızı beynəlxalq mətbuat göstərdi. Sual olunur, beynəlxalq mətbuat, Zəhra Quliyevanın ermənilər tərəfindən qəddarcasına öldürülməsinə kiçik də olsa yer ayırdımı?

Çox uzatmadan keçək mətləbə, yəni monitorinqin nəticələrinə:

Dünən Azərbaycanın dərdinə Türkiyənin Haberturk.com, Star.com, Cnnturk.com, Haberler.com, Anadolu Ajansı kimi media orqanları şərik çıxıb. Onlar Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması xəbərini yayıblar.

Rusiyanın “Ria Novosti” xəbər agentliyi ümumi də olsa iki dinc sakinimizin öldürülməsinə yer ayırıb.

İngiltərə mediasından təkcə  BBC azyaşlı Zəhra və nənəsinin öldürülməsindən bəhs edib.

Səsimizə səs verməsini daha çox müsəlman ölkələrindən gözləsək də, gözləntilərimiz boşa çıxdı. Nə ərəb mediası dilləndi nə də İran…

Deyəcək sadəcə bir söz qalır istənilən halda nəticə bizi ruhdan salmamalıdır. Azyaşlı qızcığazın faciəsinə susmamalıyıq, susa bilmərik…

Nərmin Kərim, A24.Az