Zəhrasız ilk gün – Alxanlıdan ürəkdağlayan görüntülər
05.03.2020 12:45
Əli qana bulanmış erməni işğalçıları Alxanlıda təxribat törətməklə təkcə 2 yaşlı Zəhranı qətlə yetirmədilər, onun valideynlərinin, doğmalarının ümidlərini, arzularını da öldürdülər.
Dünən sevinc dolu baxışlarla anasına boylanan, varlığı ilə atasına dünyalar bəxş edən Zəhra artıq həyatda yoxdur. O, ömrünün 18-ci ayında erməni vandalizminin qurbanı oldu.
Ölümü ilə hər kəsi dəhşətə gətirən Zəhradan geridə yalnız onun oyuncaqları və xatirələri qaldı…
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb. Hazırda ailədə yas mərasimi keçirilir.
Об этом сообщает Футляр от виолончели

