Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəhraya kimi başladılan PETİSİYALAR – Bununla erməni vəhşiliyi yox olacaq?

05.03.2020 12:45

Artıq iki gündür ki, 18 aylıq Zəhranın faciəsi ölkə gündəmində fırtına kimi əsir. Faciə ilə bağlı petisiya da başladılıb.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, körpə Zəhranın erməni gülləsinə tuş gəlməsi, dinc sakinlərin hər gün erməni vəhşiliyinin qurbanı olması, erməni vandalizminə son qoyulması ilə bağlı  petisiyaya qoşulmaq üçün aşağıdakı linkə  daxil olun:

Petisiya AŞPA-ya təqdim ediləcək.

Bəs Azərbaycanda bu günə kimi erməni vandalizminə etiraz olaraq nə qədər petisiya imzalanıb?

Başlayaq bu ilin mart ayında Xocalı soyqırımının tanınması üçün başladılan petisiyadan… Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiyada deyilir: “Bəzi fransalılar Xocalı faciəsi barədə məlumatlıdırlar, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir”.

Daha sonra Xocalı Soyqırımının Rusiya tərəfindən tanınması üçün 2017-ci ilin yenə mart ayından petisiya başladılmışdır. Rusiyalı alim, tarxçi Oleq Kuznetsov başlatdığı petisiyanı Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanmışdır.

2016-cı ilin aprelin 6-da isə Qarabağ üçün başladılan petisiya 100 mini keçib. Petisiya Ağ Ev Administrasiyasının internet resursunda “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adı altında yerləşdirilib. Petisiyada AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.

Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 2016-cı ilin 19 yanvar tarixindən petisiya başladılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun məqsədi 20 yanvar həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaq, Xocalı hadisələrinin iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır.

Firuzə Alimova / A24.az