Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zəlzələ zamanı necə sağ qalmaq olar?

05.03.2020 12:45

Zəlzələdən heç bir xalq, heç bir ölkə sığortalanmayıb. İstənilən an bu təbii fəlakətlə qarşı-qarşıya qala bilərik. Önəmli olan vəziyyətə hazırlıqlı olmaqdır.

Об этом сообщает Роспрес

Bəs zəlzələ zamanı necə sağ qalmalı?

A24.Az sizə zəlzələ zamanı etməniz gərəkənlərin siyahısını təqdim edir:

Zəlzələdən öncə: 

Əvvəlcə yaşadığınız yerin zəlzələyə qarşı dayanıqlılığı barədə məlumatlı olmalısınız.

Təkcə siz yox, ailəniz də bu vəziyyətdə nə etməli olduğunu bilməlidir. Sonra zəlzələ zamanı heç kəs çaş-baş qalmasın.

Hər otaqda üzərinizə birşeyin düşməyəcəyi yer müəyyənləşdirin.

Kitab rəfi, mebellər kimi asanca yerə aşa biləcək əşyaları divara və ya döşəməyə bərk bağlayın. Tablo, qarderob kimi əşyaları isə üzərinizə aşmayacaq bir yerə yerləşdirin.

Mətbəxdə sınacaq əşyalara zərər dəyməməsi üçün şkaflara sağlam kilid vurun.

Zəlzələ zamanı dadınıza çatacaq əşyaların çantasını hazır bir küncədə qoyun. Çalışın ki, əlçatan olsun.

Zəlzələ zamanı etməniz gərəkənlər

Binanın içindəsinizsə, zəlzələ zamanı sakit olmağa, həyəcanlanmamağa, cəsarətinizi toplamağa çalışın.

Yerə outrun və ya döşəməyə uzanın.

Sağlam masa, mebel və ya qapı arasında gizlənin.

Masadan tutun.

Olduğunuz yeri, zəlzələ bitənə qədər dəyişməyin.

Binanın içindən çıxmayın.

Teatr, kinoteatr, ofis kimi yerlərdə pilləkənlərə, liftə tərəf qaçmayın.

Kreslo və ya divan küncündə gizlənin, sakit olun, ətrafınızdakıları da sakit olmağa məcbur edin.

Binanın damındasınızsa, digər binalardan gələcək zərərvericilərdən, elektrik  məftillərindən uzaqda zəlzələnin bitməsini gözləyin.

Sükan arxasındasınızsa, saxladığınız yer güvənlidirsə, heç yerə tərpənməyin.

Tıxacdan, körpülər, yerüstü keçidlər və tunellər, ağaclar, dirəklər və elektrik xətlərindən uzaqda durum.

Nərmin Kərim, A24.Az