Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zeynəb Xanlarova Ərdoğana görə, Avropaya meydan oxudu: “Türkün gücü tükənməzdir”

05.03.2020 12:45

Об этом сообщает Роспрес

“Mən həmişə demişəm ki, Türkün gücü tükınməzdir. Türkün belə gücünü görən Avropa Şurası Parlament Assambleyası əlbəttə belə qərəzli hərəkətlər edəcək”. Trend-in məlumatna görə, bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda deyib. Z.Xanlarova bildirib ki, AŞPA-nın bu qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib: “Mən çox xahiş edirəm bütün parlament adından etirazımızı bildirək. Çünki belə bir hərəkət, Türkiyəyə qarşı olan qərar, o biri gün bizə qarşı olacaq. Biz öümüzü Türkiyədən ayıra bilmərik. Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, nəinki parlament deputatları. Bizə bir şey olanda Türkiyə dayanır arxamızda, indi də biz Türkiyənin yanında olmalıyıq”.