Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zibil qutusundan, səhnəyə… – Məşhur ulduzların kəşf edilmə hekayələri

05.03.2020 12:45

Əvvəllər bizdən biri idilər, indi isə ulduz olublar. Bəs bu yerə necə gəlib çatdırlarını bilirsiniz?

Об этом сообщает Руспрес

A24.Az sizə məşhur türk ulduzlarının kəşf edilmə hekayələrini təqdim edir:

Pelin Karahan

“Yaxınlarım Pelin, üzün çox qəşəngdir deyirdilər. Reklam agentliyinə yazılmamı istəyirdilər. Amma mən bunu istəmirdim. İstanbuldakı çətin yaşayış səviyyəsinə görə, agentlikdə qeydiyyatdan keçməyə məcbur oldum. İlk reklam filmimi Çağan Irmak çəkdi. Onunla başlamaq böyük şansdır. Agentlikdən zəng vurdular və görüşməyə getdim. Məndən çox sayda suallar soruşdular. Görüşmədə çoxlu model görünüşünə malik qızlar vardı. Düşündüm ki, mənim onların yanında şansım olmaz. Amma düşündüyüm kimi olmadı”- deyə Pelin Karahan kəşf edilmə hekayəsindən bəhs edərkən deyib.

Farah Zeynəb Abdullah

Xarici universitetlərin birində Fransız ədəbiyyatı və teatr fakultəsini oxuyan Farah Zeynəb Abdullah ikinci kursda tətil üçün Türkiyəyə gəlib. Aktrisa “Kanal D”nin koordinatoru Lalə Ərənlə tanış olub. Abdullah bundan sonra kəşf edilib və “Öyle bir geçer zaman ki” serialında “Aylin” rolunu canlandırıb.

Hande Yener

Məşhur olmaq üçün bir çox həmkarından kömək istəyib. Lakin Yenerə istədiyi şöhrət qapılarını açan olmayıb. Hande Yener məşhurların tez-tez baş çəkdiyi moda evində satıcı işləyəndən sonra kəşf edilib. Hande burada Hülya Avşarı görüb və dərdini ona danışıb. Hülya ondan bir mahnı oxumasını istəyib. Oxuduğu mahnı Yenerə arzuladığı şöhrət qapılarını açıb.

Sibel Can

Uşaq yaşda işləyərək, ailəsinə kömək edib. Oriental rəqslə başladığı kariyerasına, müğənniliklə davam edib.

Hazal Kaya

Hazal Kayanın məşhurlaşma hekayəsi çox maraqlıdır. Serialda rol ala bilmək üçün getdiyi agentliyin işıqları birdən-birə sönüb. Buranın əməkdaşı Kayaya “işıqların nə vaxt yanacağı bəlli deyil, siz istəyirsiniz başqa vaxt gəlin” deyib. Lakin Hazal Kaya gözləməyə qərar verib və bir müddət sonra işıqlar yanıb. Aktrisa səlahiyyətli şəxslərlə görüşüb və “Genco” serialında rol alıb.

Mərvə Boluğur

Mərvə Boluğur məktəbdə heç populyar olmayan, utancaq, özünə qapalı biri idi. Yaxınlarından birini agentlikdə fotosessiyasına getmişdi. Orada tanış olduğu agentlik sahibi Boluğura kartını verərək, aktrisanın söhrətə gedən yolda addım atmasına yardımçı olub.

Fahriyə Evcen

Almaniyada yaşayan Evcen tətil üçün gəldiyi Türkiyədə televiziya proqramlarından birinə qatılıb. Verilişin aparıcısı Fahriyəni prodüseri ilə tanış edib. Evcen prodüserlə nömrə alış-verişindən sonra Almaniyaya qayıdıb. Bundan sonra aktrisaya saysız-hesabsız rol təklifləri gəlməyə başlıyıb. Evcen sonunda qəbul edib. “Asla Unutmam” və “Hasret” diziləri ilə kariyerasına başlasa da “Yaprak dökümü” ilə məşhurlaşıb.

Ebru Gündeş

İş yerində mahnı oxuyaraq diqqətləri çəkmişdi. Dostu onu prodüserlə tanış etdi və beləcə Gündeş səhnəyə ilk addımlarını atdı.

Burak Özçivit

Təşkilatçılar Özçivitin şəkillərini zibil qutusundan taparaq, onu bəyəniblər. Aktyora əvvəlcə modellik təklif edilib. Burak Özçivit qatıldığı model müsabiqəsinin ikincisi olub və bununla da məşhurılaşmağa başlayıb.

Nərmin Kərim