Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Zirə” klubuna prezident təyin olundu

05.03.2020 12:46

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubunun rəhbərliyində dəyişiklik edilib.

Об этом сообщает Руспрес

A24.Az Report-a istinadən xəbər verir ki, klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov fəxri prezident seçilib.

O.Məmmədov “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olub. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov isə klubun prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” futbol klubu 2014-cü ildə təsis edilib.