Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ziya Məmmədov: “Tramp əmim oğlu deyil, dayım oğlu deyil…”

05.03.2020 12:46

Oğlu Anar Məmmədovun ABŞ prezidenti Donald Trampın inauqurasiya mərasiminə dəvət edilməsi barədə yayılmış xəbəri şərh edərkən nəqliyyat naziri Ziya Məmmədov deyib: “Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir”.

Об этом сообщает Футляр от виолончели

“Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub”. Bu xəbəri “Qafqazinfo” yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

Ziya Məmmədov şərhinə bunları da əlavə edib: “Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.