Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ziya Məmmədova yeni vəzifə verilir? – Qardaşı danışdı: “Ola bilər, amma…”

05.03.2020 12:46

Eks-deputat Elton Məmmədov qardaşı Ziya Məmmədovun nazir postundan uzaqlaşdırılması xəbərinə münasibət bildirib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, E.Məmmədov Modern.az-a açıqlamasında ölkə başçısının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını bildirib:

“Prezidentin təkcə Ziya Məmmədovla bağlı yox, verdiyi bütün sərəncamlar öz səlahiyyətləri çərçivəsindədir. Bu baxımdan ölkə rəhbərinin verdiyi sərəncamlar müzakirə obyekti ola bilməz”.

E.Məmmədov Z.Məmmədovun yeni yaradılacaq strukturda rəhbər vəzifəyə gətiriləcəyi xəbərlərinə də şərh verib:

“Bu bizim arzumuz ola bilər. Amma bu ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik.

Eks-nazirin qardaşı, 15 il Mili Məclisin deputatı olmuş biri kimi deyə bilərəm ki, Ziya Məmmədov, işlədiyi dövrdə xalqına, ölkə rəhbərinə sədaqətlə xidmət edib. Ölkədə gedən bütün infrastruktur yeniliklərində nazir kimi müstəsna xidmətləri var. Bu, tarixdir, danılmazıdır. Tarix də olanları yazdı”.