Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zorlanmış qadın 77 ildən sonra qızına qovuşdu – VİDEO

05.03.2020 12:46

1928-ci ildə 16 yaşında olarkən təcavüzə məruz qalan Minka Disbrov hamilə qalıb və dünyaya gələn körpəsini övladlığa verib.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, 16 yaşlı Minka Disbrov yoldaşları ilə birlikdə piknikə gedərkən təcavüzə məruz qalıb. Yaşadığı həmin pis anları hazırda xatırlamayan qadının yadında qalan yeganə şey, ona təcavüz edən adamın kovboy papağı taxması olub. Başına gələn hadisədən çox utanan Minka bu barədə heç kimə danışmayıb, lakin gənc qızın qarnı gen keçdikcə getdikcə böyüməyə başlayıb.

Qadın 9 ay sonra gizlicə dünyaya gətirdiyi Betty Jane adlı qızını övladlığa verib, lakin heç vaxt onu unutmayıb. 93 yaşlı Minkanın isə ölməzdən əvvəl son bir istəyi var, o da heç unutmadığı qızını sonuncu dəfə də olsun görməkdir.

Minkanın vəziyyətini öyrənən bir prokuror tozlu rəflər arasından övladlığa verilən uşaqların sənədlərini axtarıb və istədiyi nəticəni əldə edib. Beləliklə, qadın 77 ildən sonra qızı ilə qarşılaşıb.

Saytımız mövzu ilə bağlı videogörüntünü təqdim edir: