“Zuhal Topalla İzdivac”ın iç üzü açıldı: “Hamısı ssenaridir”
05.03.2020 12:46“STAR Tv”də yayımlanan “Zuhal Topalla İzdivac” proqramında iştirak edən azərbaycanlı gəlin namizəd Naz son günlər barəsində yayılan şayiələrlə bağlı açıqlama verib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlilik proqramında bəy namizəd kimi iştirak edən və Nazın bir müddət nişanlısı olan Baha proqramdakı münasibətlərin ssenari əsasında qurulduğunu, Nazla bir-birlərini hələ də sevdiklərini və ssenariyə görə, bir müddət ayrı qalmalı olduqlarını sosial şəbəkədəki öz hesabında paylaşıb.
Naz isə verlişdə bu iddiaya açıqlama gətirərək bildirib ki, Baha yalan danışır, onlar Əli ilə çox yaxşı anlaşırlar.
“Baha ilə çoxdan ayrılmışıq. O, Əli ilə münasibətlərimi qısqandığı üçün belə edir”.
Qeyd edək ki, Naz Baha ilə ayrıldığını dəfələrlə qeyd etsə də, bəy namizəd öz fikirindən dönməyərək hələ də birlikdə olduqlarını bildirir.

