Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zukerberq prezident olub olmayacağından danışdı: “Məqsədim “dünyanı bağlamaq”dır”

05.03.2020 12:46

“Facebook”un qurucusu Mark Zukerberq dünyanın gələcəyi və qloballaşma ilə bağlı əhəmiyyətli açıqlamalar verib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Mark Zukerberq feysbuk ilə bağlı coşğulu bir manifesto hazırlayıb. Zukerberq iş planından daha çox utopik bir rəhbərə bənzəyən manifestosunda “Hamımızın istədiyi bir dünyanımı inşa edirik?” sualını verib.

Telefonla “Accociated Press”ə müsahibə verən 32 yaşlı Zukerberq “Facebook”un arxasındakı “dünyanı bağlama” düşüncəsinin artıq dünyanın bir çox yerində yaxşı bir şey olaraq görülmədiyini söyləyib.

“Hər kəsi bir yerə toplamaq məcburiyyətindəyik…”

Dünya üçün doğru olanın insanların bir-birləri ilə daha çox əlaqə qurması olduğunu deyən Mark Zukerberq “Facebook birisi üçün yaxşıdırsa, digərləri üçün işə yaramırsa bu kifayət etmir. Hər kəsi bir yerə toplamaq məcburiyyətindəyik” şəklində fikirlərini səsləndirib.

Siyasətə qoşulacağı ilə bağlı iddialara aydınlıq gətirdi…

Bir müddətdir siyasətə qoşulacağı ilə bağlı irəli sürülən iddialara aydınlıq gətirən Mark Zukerberq Tramp ilə görüşmək istəyib istəməyəcəyi sualına “buna vaxt ayrımaq istəmirəm və bu mövzu haqqında danışa biləcəyim əlavə fikirlərim də yoxdur. Çünki bu şərhlər bizim fəaliyyətimizə və etmək istədiyimiz işlərə zərər verəcəkdir”, – deyə fikirlərini səsləndirib.

Gələcəkdə siyasətə qoşulmaq fikrinin olub olmayacağını cavablandıran Zukerberq “Hazırda bunu etmirəm. Planım bu deyil. Hazırda qarşımdakı məqsədim “dünyanı bağlamaq”dır” deyə bildirib.