Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Futbolçulqdan prezidentliyə… – Uşaq, gənc və yetkin Ərdoğan FOTOLARDA… – Səhifə 5

05.03.2020 12:47

Ərdoğan ailəsi Rizənin Güneysu mahalından İstanbula köçən zaman Kasımpaşa səmtində dünyaya göz açıb. Atası Sahil Təhlükəsizlik Təşkilatında xidmət etdiyi üçün uşaqlığı Rizədə keçib.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, 13 yaşında olarkən ailəsi ilə birlikdə İstanbula köçürlər. Uşaqlıq illərində əlavə xərclik üçün İstanbulun bəzi küçələrində limonad və simit satıb.

İlk təhsilini 1965-ci ildə Kasımpaşa Piyalepaşa orta məktəbində, liseyi isə İstanbul İmam Hatip Liseyində oxuyub. 1973-cü ildə məzun olub.

1970-ci illərdə futbol oynamağa başlayıb. Həmin ildə bütün ailələrdə olduğu kimi Ərdoğanın atası Əhməd bəy də onun futbol oynamasına qarşı çıxır. Həmin illərdə atasının danlağını götürməmək üçün futbol oynayarkən geyindiyi ayaqqabıları evə gətirməyib. Hətta zədə aldığı zaman canını dişinə sıxaraq atası bilməsin deyə ağırısını evdə hiss etdirməzdi. Atası futbol oynadığını anlamasın deyə, İkinci Liqa üzrə Kasımpaşasporun təklifini rədd edir.

1069-cu ildə isə Camialtıspora transfer olur. Bu transfer qarşılığında Ərdoğana iş və min lirə pul verilir. Beləliklə, Ərdoğan istedadı ilə diqqət çəkir.

Lakin bundan sonra da futbol oynadığını atasından gizlədə bilməzdi. Çünki artıq Ərdoğanın qəzetlərdə şəkilləri çıxmağa başlamışdı. Atasının bütün bunlara reaksiyası çox sərt olur. Əhməd bəy onun İstanbul gənclər yığması ilə xarici ölkəyə getməsi üçün lazım olan sənədləri imzalamır. Çünki atası onun oxumasını istəyir.

Daha sonra İETT-dən transfer təklifi gəlir. Atası Əhməd bəydən İETT-in texniki direktoru Mehmet Ali Gurses xahiş edir. Lakin Ərdoğanın atasının cavabı yenə qısa olur.

“Oğlumun axmaq olmasını istəmirəm. Oxuyub adam olsun!”

Bu cavab qarşısında Mehmet Ali Gurses “Oğlunuz üçün İETT-də işçi kadrı açacağıq” deyir. Bu zaman Əhməd bəy yumşalır və “Əgər İETT-də işçi kadrı açılsa və təhsilinə mane olmasa transfer olunmasına icazə verirəm” deyir.

Ərdoğan gələcəkdə eyni qədəri paylaşacağı, hətta bir qismi ilə bu gün AKP-li millət vəkilləri arasında yerini alan bir çox şəxslə həmin illərdə tanış olurlar.

  1 3 4 5 6 7 25  
5 / 25
1 3 4 5 6 7 25