Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilir

05.03.2020 12:47

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində 2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilir.

Об этом сообщает Футляр от виолончели

Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokuror Xanlar Vəliyev, eləcə də Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid Ç.Qurbanovun nəşi Qusar Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

  1 3 4 5 6 7 10  
5 / 10
1 3 4 5 6 7 10