Rusiya Qarabağda əzələ gücü göstərdi – Azərbaycan buna nə cavab verəcək? – Səhifə 2
05.03.2020 12:48Rusiyanın Ermənistanla birgə işğal olunmuş ərazilərimizdə hərbi təlim keçməsi üstəlik bunu şəkil və informasiyalarla yayması sübut edir ki, o bununla siyasi bir mesaj verməyə çalışır.
Об этом сообщает Руспрес
Yəni mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanın arxasındayam. Əslində bu Rusiyanın ilk belə mesajı deyil.
Rus qoşunları tərəfindən Ermənistan sərhədlərinin qorunmasına dair verilən qərar, Rusiya-Ermənistan Hərbi Birləşmələrinin yaradılması haqqında verilən qərar, və dəfələrlə Rusiya siyasətçilərinin öz dövlətləri adından Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini açıq-aşkar dilə gətirmələri buna sübutdur. Yəni Rusiya açıq-aşkar “Azərbaycan, münaqişənin həlli ilə bağlı səyləriniz boşunadır. Qarabağ Ermənistana birləşdirilməlidir və mən bu məsələdə onun arxasındayam” deyir.
Politoloq Qabil Hüseynli də bu fikirdədir. O bunu Rusiyanın Abxaziya və Cənubi Osetiyada etdiklərinin davamı, Qondarma Dağlıq Qarabağ Respublikasının tanınması yolunda atılan addım kimi dəyərləndirir.
“Onlar qeyd edirlər ki, guya rus qoşunları, Azərbaycanın işğal olunan ərazilərinə İrandan terror qruplaşmalarının keşməsinin qarşısını almaq məqsədilə təlim keçirir. Amma bu təlimlər əslində Rusiya qoşunlarının işğal edilmiş ərazilərimizə daxil olması və burada möhkəmlənməsi məqsədilə həyata keçirilir. Və bu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə çox ciddi və təhlükəli bir maneə yaradır. Bu Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş bir addımdır.
Sual olunur, Azərbaycan Rusiyanın Qarabağda göstərdiyi əzələ gücünə nə cavab verəcək? Ümumiyyətlə Azərbaycan buna necə reaksiya göstərməlidir?
Politoloq Qabil Hüseynli bildirir ki, Rusiyanın bu addımı davam edərsə, Azərbaycan beynəlxalq qurumların köməyindən yararlanaraq Rusiyanın sərhəd qoşunları qüvvələrinin öz ərazilərindən çıxarılmasını təmin etməlidir. Çünki vaxtında və lazımi siyasi iradə ortaya qoyulmazsa, rusların Dağlıq Qarabağ bölgəsinə yayılması qaçılmaz olacaq. Ümumiyyətlə ruslar Cəbrayıl, Füzuli kimi bölgələrdə təlim adı altında artıq möhkəmlənirlər. Gələcəkdə onlar Dağlıq Qarabağ və hətta daha geniş əraziləri öz nəzarəti altına ala bilər.
“Bu səbəbdən çox ciddi şəkildə tələb edilməlidir ki, həmin qoşunlar dərhal əvvəl dislokasiya olunduğu yerlərə qayıtsın. Həmin bölgəyə beynəlxalq müşahidəçilər dəvət edilməlidir. Fakt təsdiqini tapdıqdan sonra məsələnin müzakirəsi beynəlxalq qurumlara , BMT-nin Təhlükəsizlik Şurasına qədər daşınmalıdır”.
Nərmin Kərim

