Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

2018-ci ildə mətbuatın gündəmini dəyişən VİDEOLAR – SİYAHI

05.03.2020 12:48

2018-ci il maraqlı olduğu qədər, dəhşətli hadisələrlə də yadda qalıb. Son 12 ay ərzində ölkədə baş verən bəzi tükürpədici hadisələr mətbuatın gündəmini dəyişməklə yanaşı, cəmiyyətdə də birmənalı qarşılanmayıb. Bu cür hadisələr sırasında daha çox namus və xəyanət üstündə baş verən olayların dillər əzbərinə çevrilməsi olub. Bununla yanaşı, cəmiyyətdə maraqla qarşılanan hadisələr də yer alıb.

Об этом сообщает Футляр от виолончели

A24.az 2018-ci ildə ölkə gündəmini zəbt edən bəzi hadisələrin görüntülərini təqdim edir:

Oktyabr ayında əmisinin gəlini ilə eşq həyatı yaşayan gənc oğlanın qadının əri və digər qohumları tərəfindən döyülərək linc edilməsini əks etdirən görüntülər ölkə mətbuatını silkələdi. Daha sonra isə hadisənin Quba rayonunun Tülər kəndində baş verdiyi məlum olsa da, görüntülərin həmin hadisəyə aid olmadığı üzə çıxıb. Belə ki, 25 yaşlı Aynur Əsədova öz razılığı ilə həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Nəticədə E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Dekabr ayında Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində dəhşətli hadisə baş verib. Həsənov Elşad Yusif oğlu əmisinin gəlini ilə intim əlaqədə olduğuna görə qadının əri Həsənov Əli və onun qardaşları tərəfindən döyülüb. Daha sonra Elşada əmisi oğlanlarının təzyiqi altında qadın paltarı geyindirilib. Onun çılpaq görüntüləri ictimailəşdirilib. Bundan sonra hadisədə iştirak edən əmi oğlanları saxlanılıb.


Noyabr ayında ARB Kəpəz telekanalının “Səhər” verilişinin aparıcısı Tacirə Zeynallının studiyada qeyri-etik görüntüləri yayılıb. Aparıcının bu hərəkəti sosial mediada ciddi müzakirələrə səbəb olub. Bundan sonra kanal rəhbərliyi aparıcı ilə bağlı ciddi tədbir görüb. Nəticədə T.Zeynallı işdən çıxarılıb.

Bakıda kişinin xəyanət iddiası ilə həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yayması da müzakirələrə səbəb olub. Kişi arvadının saçını xəyanət üstündə kəsdiyini bildirib. Daha sonra qadın əri tərəfindən döyüldüyünü əks etdirən görüntüləri yayıb.

Ucar rayonunda kişi həyat yoldaşı ilə intim əlaqədə olan dayısı oğlunu döyərək ağır xəsarətlər yetirib. Məlumata görə, yerli sakin Faiq Həsənov (ad, soyadlar şərtidir) dayısı oğlu Firuz Cəbiyevi döyərək qayçı ilə baş nahiyəsinə ağır xəsarətlər yetirib. Hadisəyə səbəb isə F.Cəbiyevin F.Həsənovun həyat yoldaşı Şəfiqə Həsənova ilə eşq həyatı yaşaması olub. Bundan xəbər tutan F.Həsənov həyat yoldaşının dayısı oğlu ilə birlikdə intim görüntülərini əldə edib. Daha sonra o, F.Cəbiyevi çağıraraq onunla görüşüb. Görüş zamanı F.Həsənov F.Cəbiyevi əvvəlcə döyüb, daha sonra isə qayçı ilə onun başına zərbələr endirib. Son anda F.Cəbiyev hadisə yerindən qaça bilib. Hadisə nəticəsində F.Cəbiyev ağır xəsarətlər alıb. Hadisə baş verən günü F.Həsənov arvadına zəng edərək onu ölümlə hədələyib. Ş.Həsənova isə ərinin onu öldürəcəyindən qorxaraq Sumqayıt şəhərindəki atası evinə qaçıb.

Bu il Binə qəsəbəsində baş verən avtobus qəzası da mətbuatın gündəmini zəbt edib. Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə 3 nəfər ölüb, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Eyni zamanda, 2 nəfər həbs olunub.