Ələt-Astara yolunda sərnişin avtobusu yanıb kül oldu – VİDEO
05.03.2020 12:48Yeni Ələt-Astara magistral yolunda sərnişin avtobusu yanıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, hadisə magistral yolun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Lerik rayon sakini Arzuman Cankişi oğlu Kişiyevin idarə etdiyi 99-MF-342 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusda hərəkətdə olan zaman yanğın başlayıb.
Yanğın qısa müddətdə maşını tamamən bürüyüb.
Yanğın hadisə yerinə gələn FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

