Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əlində pirotexniki vasitə partlayan uşağın barmağı amputasiya olundu – AÇIQLAMA – YENİLƏNİB

05.03.2020 12:48

Bərdə rayonunda əlində pirotexniki vasitə partlayan 10 yaşlı uşağın barmağı amputasiya olunub.

Об этом сообщает Руспрес

Bu barədə A24.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, ötən gün rayon sakini 2008-ci il təvəllüdlü Məhəmməd Rantiq oğlu Süleymanov xəstəxanaya yerləşdirilib. Onun bir barmağı amputasiya olunub. Ona müvafiq yardımlar edildikdən sonra evə buraxılıb.

Uşağın atası Rantrik Süleymanov  A24.az-a bildirib ki, övladının səhhəti yaxşıdır və hazırda evdədir: “Hadisə ötən gün olub. Hardansa pirotexniki vasitə tapıb və partladan zaman əlində partlayıb. Elə həmin günü Bərdə rayon Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxanadan müvafiq köməklik göstərildi. Uşağın bir barmağı amputasiya olundu. Digər barmağı isə qırılıb və hazırda müalicəsi ev şəraitində davam etdirilir. Ümumilikdə səhhəti yaxşıdır, amma bir barmağı əldən getdi”.

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki pirotexniki vasitəni alışdırarkən ehtiyatsızlıqdan onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədəninin müxtəlif nahiyələri yanıb.

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.