Ərəb, yoxsa qafqazlı… Azərbaycan kişisi seksdə nə qədər aktivdir? – VİDEO
05.03.2020 12:49Çoxarvadlılıq, qadın-kişi münasibətlərindən söz düşərkən adətən ərəb kişilərinin seksual baxımdan temperamentli olduğu, rus kişilərinin isə cinsi baxımdan zəif göstəricilərə malik olduğu danışılır. Bəs Azərbaycan kişisi cinsi baxımdan hansı səviyyədədir?
Об этом сообщает Роспрес
A24.Az Azərbaycan kişisinin cinsi temperamentinin səviyyəsi barədə məşhur uroloq Vasif İsmayılın fikrlərini təqdim edir:
Uroloq bildirir ki, insan davranışının yalnız 40 faizi genetik hovuzla, yəni dədə-babadan bizə ötürülmüş informasiyalarla tənzimlənir. Digər 40 faizi cəmiyyətdə qazanılan vərdişlər, yerdə qalan 20 faizi isə ailəsindən aldığı tərbiyyə ilə müəyyənləşir. Ona görə də bütün məsələlərdə, eyni zamanda kişilərin cinsi temperament göstəricilərində də genetik amillər yalnız 40% önəm daşıyır. Əsas məsələ, yəni yerdə qalan 60% göstərici cəmiyyətin təsirilə formalaşır. Ərəb kişilərinin seksual baxımdan temperamentli olması onun həyat prioritetlərilə əlaqəlidir. Ərəblər səhra şəraitində yaşayır, səhər oyanırlar, günorta yenidən yatırlar, bir də axşamayaxın oyanırlar. Onlarda iş demək olar ki, axşam saat 8-də, 9-da başlayır. Gecə saat 2-3-ə qədər əylənirlər. Çünki gündüz bunları eləmək mümkün deyil. Cəmiyyətin bu prioritetlərini nəzərə alanda, ərəb kişisi haqqında qeyd olunan qənaət ortaya çıxır.
Azərbaycan kişisi bir çox müstəvilərdə İrana, Turana yaxın olsa da, əsas göstəricilərilə qafqazlıdır. Bu məsələdə iqtisadiyyat önəmlidir. Qafqazda isə bir təsərrüfatda qadın iştirak eləməsə, ailə çökür. O üzdən Qafqazda qadın önəmli modeldir. Ona sahib olmaq üçün kişilər hər yöndən aktiv olmaq zorundadırlar. Kişi qadın uğrunda döyüşür, çünki qadının qarşısında seçim imkanı var. Bunun üçün kişi hər yöndən qadını məmnun etməyi bacarmalıdır. Ona görə kişi bütün sferalarda bacarıqlı olmağa borcludur. Qafqaz iqtisadiyyatı tarixən kişidən temperamentli olmağı tələb edib. Bununla yanaşı, qafqazda cəmiyyətin dinamikası da olduqca yüksəkdir. Bütün göstəricilər onu deməyə əsas verir ki, qafqazlı kişi cinsi baxımdan yetərincə aktivdir.

