Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ərinin qətlə yetirdiyi qadının anası danışdı: “Ona görə öldürüb ki…” – VİDEO

05.03.2020 12:49

Yevlaxda həyat yoldaşı ilə mübahisə edən kişi onu bıçaqlayaraq qətlə yetirib. Ağır yaralanan qadın dayısı evinə qaçaraq canını quratarmağa çalışsa da, xeyli qan itirdiyindən vəfat edib.

Об этом сообщает Руспрес

A24.Az-ın məlumatına görə, dəhşətli hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib.

Rayonun Nemətabad kənd sakini Saday Sadıqov həyat yoldaşı Vəfa Abışovanı öz doğmalarının gözü qarşında bıçaqlayıb.

İki uşaq anası olan 30 yaşlı Vəfa Abışova ilə həyat yoldaşı arasında tez-tez mübahisələr olub. Mərhumənin anası Saray Abışova kürəkəninin qızını tez-tez döydüyünü, elə bu səbəbdən də onun qaçıb atası evinə gəldiyini deyib. Qətlin Saday Sadıqovun ailəyə məxsus qoyunları satmasından sonra baş verdiyini bildirib.

Qeyd edək ki, qətlə yetirlən qadın 2 oğul anasıdır. Hadisəni törədən Saday Sadıqov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirlir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: