Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əsgər yanına gedən ailə qəzaya düşdü – 2 ölü, 3 yaralı – FHN Məlumat yaydı – YENİLƏNİB – 2

05.03.2020 12:49

Ucar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Об этом сообщает Роспрес

FHN-dən A24.az-a verilən məlumata görə, rayonun Müsüslü kəndində “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Polis faktla bağlı araşdırma aparır.

Ucar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.

Bu barədə A24.az-a Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib. Yaralılar – Xaçmaz rayonu Şıxlar kənd sakinləri, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmir qızı və onun oğlu, 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu və Nərəcan kənd sakini, 1976-cı il təvəllüdlü Fətəliyev Füzuli Kəmaləddin oğludur.

Onlar müxtəlif bədən xəsarəti ilə Ucar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki,  “Niva” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Azərbaycanda ağır yol nəqliyyat hadisəsi baş verib.

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki,  “Niva” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və və sərnişini ölüb. Daha üç nəfər isə ağır yaralanıb. Yaralılar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alanlardan biri azyaşlıdır.

Onların Xaçmaz rayon sakinləri olduğu bildirilir. Məlumata görə, onlar əsgər ziyarətinə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.