“1 kq-dan az çəki ilə doğulmuş 111 körpəni xilas etmək mümkün olub”
05.03.2020 12:49“1 kq-dan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub”.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyliyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqlamlarının xüsusi rolunu qeyd edib: “2017-ci ildə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqların 90 faizindən çoxu dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib. Həmin dövlət proqramının icra müddəti bu il başa çatdığı üçün Səhiyyə Nazirliyi tərəfindən 2018-2022-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.
O bildirib ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib: “Ölkəmizdə 3 ildir tətbiq edilən beynəlxalq diridoğulma meyarlarına uyğun surətdə, bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub”.

