146 azərbaycanlının güllələndiyi “Boraltan faciəsi” – 70 il gizlədilən tarix türk jurnalistin dili ilə… – VİDEO
05.03.2020 12:491944-cü ildə SSRİ-dəki Stalin rejiminin təzyiqlərindən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar. Həmin illərdə Türkiyəyə “Milli Şef” ləqəbli Prezident İsmət İnönü rəhbərlik edirdi.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, 146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını ağıllarına belə gətirmirdilər.
Sovet hökumətindən gələn tələb qarşısında Ankaradan verilən cavab hər kəsi şoka salır. Çünki azərbaycanlılar öz qardaşlarından belə bir cavab gələcəyini heç ehtimal belə etmirdilər.
“Əsirləri dərhal geri qaytarın!”. Bu cavab hər kəsi qorxuya salır. Və yenidən paytaxt Ankaradan cavab istəyirlər. Cavab yenə də eyni olar: “Ölkələrinə qaytarın”..
Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Deyilənə görə, hərbi hissənin komandiri sarhədin o tayından bu tayında gördüklərinə dözə bilmir və intihar edir.
Tanınmış türk yazar, jurnalist Abdurrahman Uzun “Boraltan faciəsi” barədə hazırladığı verilişdə 70 il öncə baş verən faciənin detallarından danışır:

