160 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdi
05.03.2020 12:49160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilib.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qurumun İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi “Çinar-Trans” MMC-yə həvalə edilib. Noyabrın 11-dən bu şirkət sərnişinlərə yeni avtobuslarla xidmət göstərəcək.
Qeyd edək ki, oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus “Daewoo” markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində üç nəfər ölüb, 39 nəfər isə yaralanıb.

