2 dəmir yolu isçisi yandı – Ağstafada
05.03.2020 12:49Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.
Об этом сообщает Футляр от виолончели
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.
Xəsarət alanlar Suraxanı rayon sakinləri – 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.

