4 il ərzində Azərbaycanda avtomobil istehsalı rekord həddə çatacaq
05.03.2020 12:502018-ci ildə Azərbaycanda avtomobil və qoşqu istehsalının həcmi 14,3 milyon manat həcmində proqnozlaşdırılır. Ötən il bu göstərici 0,1 milyon manat təşkil etmişdi.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.
Proqnozlara əsasən, yaxın illərdə avtomobil və qoşqu istehsalı artacaq. Belə ki, bu göstəricinin 2019-cu ildə 31,7 milyon manat, 2020-ci ildə 56 milyon manat, 2021-ci ildə 85,3 milyon manat, 2022-ci ildə isə 113,3 milyon manat həcmində olacağı proqnozlaşdırılır.
Minik avtomobillərinin istehsalının 7 min ədədək çatdırılması nəzərdə tutulur. 2019-cu ildə 600, 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və 2023-cü ildə 7 min ədəd avtomobilin istehsalı planlaşdırılır.
Azərbaycanda yük avtomobillərinin də istehsalı artacaq, Belə ki, proqnozlara əsasən 2019-cu ildə 55, 2020-ci ildə 843, 2021-ci ildə 752, 2022-ci ildə 721 və 2023-cü ildə 782 ədəd avtomobil istehsal olunacaq.

