84 yaşlı kişi oğrularla təkbaşına döyüşdü – “Qəhrəman” elan edildi – VİDEO
05.03.2020 12:51İrlandiyanın cənubunda mağazaya girən oğrular pulları oğurlamaq istəyib. Lakin 84 yaşlı adam oğrulara mane olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız türk mediasına istinadən xəbər verir ki, oğurluq etmək üçün mağazaya girən 3 maskalı adam kassaya hücum çəkib. Oğrular əllərindəki çəkic və silahla kassanın başında oturanları qorxutmağa çalışıb. Amma onların bu səyi uğursuz olub.
Mağazada olan 84 yaşlı Denis Konnor isə oğrulara müqavimət göstərərək onları hadisə yerindən uzaqlaşdırıb. Yaşlı kişinin müdaxiləsi nəticəsində oğrular mağazadan əliboş çıxmaq məcburiyyətində qalıb.
Mağazanın təhlükəsizlik kameralarına yansıyan görüntülər sosial mediada böyük marağa səbəb olub. Hətta bir çox sosial media istifadəçiləri yaşlı kişini “qəhrəman” elan edib.
Saytımız sözügedən görüntüləri təqdim edir:

