Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

95 istilik radiatorunu oğurlayan şəxslər tutuldu

05.03.2020 12:51

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən A24.Az-a verilən məlumata görə, araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.
Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd istilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülən tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Об этом сообщает Футляр от виолончели