Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müəllimi Tacir Şahmalıoğlu ilə nəyi bölüşə bilmir? – VİDEO

05.03.2020 12:51

“Space” kanalında yayımlanan “Görüş yeri” verilişində Tacir Şahmalıoğlu ilə müəllimi arasında qalmaqal yaşanıb.

Об этом сообщает Роспрес

Bildiyimiz kimi müğənni Tacir Şahmalıoğlunun 10-11 yaşı olan zaman oxuduğu “Bayatı-Şiraz” muğamı hər kəsin yadındadır. Lakin son zamanlar bu muğam ətrafında müğənni və müəllimi arasında mübahisələr yaranıb.

Növbəti mübahisə yuxarıda adını çəkdiyimiz verilişdə yaşanıb. Belə ki, verilişin aparıcısı Elçin Əlibəyli canlı efirdə müəllimlə tələbəsini görüşdürüb. Studiyada müəllimi tacirdən üzr istəməsini və bir vaxtlar oxuduğu “Bayati-Şiraz” muğamını özünün oxumadığını etiraf etməsini istəyib. Müğənni Tacir Şahmalıoğlu isə eşitdiklərindən hirslənərək irəli sürülənlərlə nə razılaşmayıb, nə də üzr istəməyib. Əsəbləşərək studiyanı tərk edən müğənni tacir sonradan efirə qayıdıb. Verilişdə qonaq olan əməkdar artist Yusif Mustafayev isə müəllimlə tələbə arasında yaranmış mübahisəyə sərin sular səpməyə çalışıb.

Saytımız verilişdən videogörüntünü təqdim edir: