Dəhşətli qəzada polis əməkdaşının oğlu öldü – Yenicə toyu olmuşdu – VİDEO – YENİLƏNİB
05.03.2020 12:51Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.az “Report”a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai-Sonata” markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.
Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Sumqayıt yolunda dəhşətli avtomobil qəzası baş verib.
A24.az xəbər verir ki, hadisə səhər saatlarında Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.
Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Sürücünün xəsarət aldığı bildirilir. O, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Hadisə nəticəsində yolda tıxac yaranıb.

