Bakıda kişi üzərinə benzin tökərək özünü yandırdı
05.03.2020 12:51Bakıda intihara cəhd hadisəsi baş verib.
Об этом сообщает Роспрес
A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, təxminən 55-60 yaşlı kişi “Ukrayna” dairəsi yaxınlığında yerləşən parkın girişində üzərinə benzin tökərək özünü yandırıb. İntihara cəhd edən şəxs ətrafdakıların köməyi ilə xilas edilib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.
O, yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları intihara cəhd edən kişinin kimliyini müəyyənləşdirir.
Hadisənin səbəbləri haqda heç bir məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Səid Qərib

