Bakıda “adam öldürən” baş həkim danışdı: “Mən hazırda stansiyada və işdəyəm”
05.03.2020 12:52“Bakıda avtomobilim ilə piyadanı vurmağımla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mən hazırda işdəyəm”.
Об этом сообщает Роспрес
Bunu A24.az-a açıqlamasında 16 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yunusov avtomobili ilə piyadanı vurmasına münasibət bildirərkən deyib.
O bildirib ki, yayılan məlumatlar yalandır: “Mən heç kimi vurmamışam, nə də mənim avtomobillə vurduğum adamın ölməsi barədə yayılan məlumatlar düzgün deyil. Belə bir hadisə olmayıb. İndi haqqımda belə bir məlumatlar yayılıb, yayılsın da, qoy araşdırsınlar”.
“”Hyundai Sonata” markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobil mənimdir” – deyə, A.Yunusov əlavə edib.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Binəqədi rayonu ərazisində Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Səid Qərib
A24.az

