Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda istixanada çətənə kolu yetişdirən şəxs saxlanılıb

05.03.2020 12:52

Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.

Об этом сообщает Руспрес

Bu barədə A24.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

A.Zəkiyevin Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Zəkiyevin evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb.

Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.