Sumqayıtda zəhərlənən tələbələrdən xəbər var – AÇIQLAMA – YENİLƏNİB
05.03.2020 12:52Sumqayıt Musiqi Kollecinin dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilən tələbələri evə buraxılıb.
Об этом сообщает Роспрес
Bu barədə A24.az-a kollecin müəllimi Əbdül Həşimov məlumat verib. O bildirib ki, tələbələr tənəffüs zamanı təhsil müəssisəsinin yaxınlığındakı dönərxanadan dönər alıb kollecə qayıdıblar:”Kollecdə dönər yeyərkən tələbələrdən biri zəhərləndi. Digər tələbələrin də səhhətində yüngül problemlər yaranmağa başladı. Ona görə rəhbərliiyin göstərişi ilə həmin tələbələr xəstəxanaya yerləşdirildi. Hazırda həmin uşaqlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Növbəti həftənin birinci günündən dərsə başlayacaqlar. Hazırda heç bir problem yoxdur”.
Ə.Həşimov qeyd edib ki, hadisə zamanı kollecə təcili tibbi yardım əməkdaşları çağırılıb və həmin günü dönər yeyən bütün tələbələrə elə kollecdə ilkin tibbi yardım göstərilib.
*** 13:40
Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.
A24.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri – 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

