Useyn Bolt futbolda start heyətdə
05.03.2020 12:52Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu Useyn Bolt Avstraliyanın “Sentral Kost Mariners” komandasının əsas heyətində “Makartur Saut Vest Yunayted” klubuna qarşı keçiriləcək matçın start heyətində yer alıb.
Об этом сообщает Руспрес
A24.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. “Sentral Kost Mariners” hazırda Avstraliyanın A liqasında yarışır. Qarşıdakı oyun yeni mövsümə hazırlıq məqsədi daşıyır. Bolt 95 nömrəli formalı ilə çıxış edəcək.
Qeyd edək ki, Useyn Bolt bu yay sözügedən klubun heyətinə qatılmaqla futbolçu karyerasına başlayıb.

