Qurban Qurbanovdan şok açıqlama: “Mahir oyundan sonra ağlayırdı”
05.03.2020 12:53
Bu gün Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində baş tutan Azərbaycan-Malta görüşündən sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə oyun haqqında qısa fikirlərini bildirib: Futbolçularıma təşəkkür etmək istəyirəm. Xeyli sayda qol epizodundan istifadə edə bilmədik.
– Qalibiyyət üçün nə çatmadı?
– Əsas olan qol idi, o çatmadı. Son nöqtəni qoya bilmədik. Sürətli oyun oldu. Futbolçularımız bu rejimə öyrəşir.
– Sonuncu əvəzetməni etmədiniz. Bu nə ilə bağlı idi?
– Belə hallarda bəzən çox dəyişiklik etdikdə oyun alınmaya da bilər.
– Rəqibin baş məşqçisi bizi fantastik komanda adlandırdı. Sizcə bu kinayə ilə deyilən sözlər idi?
– Bu sözə hərənin bir reaksiyası ola bilər. Düşünürəm ki, biz görüş boyu çoxlu hücumlar təşkil etdik.
– Mahiri başqa birisi ilə əvəz etmək olmazdımı?
– Ona basqı var, bunu bilirəm. Ancaq onu qazanmalıyıq. Mahir oyundan sonra ağlayırdı. Azarkeşlərin onu fitə basması Mahirə təsir etmişdi. Futbolumuzda mənfi cəhətlər həddindən artıq çoxdur.
Об этом сообщает Роспрес

