Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dili başına bəla olan deputatlarımızdan “sitat”lar

05.03.2020 12:53

Milli Məclis Azərbaycan xalqının sözünü, problemlərini, arzu və istəklərini müvafiq ünvanlara çatdırılmasında yardımçı olan mərkəzləşdirilmiş bir məkandır. Amma müzakirələr zamanı çıxış edən bəzi deputatlar hansısa ifadələri ilə gündəmin mövzusunu zəbt edir və bu cür fikirləri ilə birmənalı qarşılanmayan cəmiyyətdə ya tənqid obyektinə çevrilir, ya da seçicilərinin qəzəbinə tuş gəlirlər. Bu günə qədər hörmətli millət vəkillərimizin iclas zamanı çıxış edərkən dilə gətirdikləri maraqlı ifadələri elə xalqın dillər əzbərinə çevrilib. Yaxın gələcəkdə həmin ifadələrin aforizm, atalar sözü, məsəl, lap elə lətifə kimi səslənəcəyi heç kimdə şübhə yaratmır. 

Об этом сообщает Руспрес

A24.az millət vəkillərinin ölkədə birmənalı qarşılanmayan qıcıqyaradan fikirlərini təqdim edir:

Deputatlar arasında tez-tez qalmaqallı çıxışları ilə yadda qalan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidir Hadi müəllim Milli Məclisdəki çıxışlarından əlavə mətbuata verdiyi maraqlı açıqlamaları ilə tanınır. “Müəllim maaşı ilə dolana bilmirsə, işdən sonra gedib fəhləlik etsin” ifadəsi ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?” – deyə, Hadi Rəcəbli əlavə etmişdi.

“Ayağınızı yorğanınıza görə uzadın” ifadəsi ilə Milli Məclisin iclasına damğa vuran hörmətli Bahar Muradovanın da fikri ictimaiyyətdə birmənalı qarşılanmamışdı. Xanım vitse-spiker bu fikri 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı səsləndirmişdi. Bu ifadədən sonra bəzi şəxslər onu tənqid atəşinə tutmuşdu. Sonradan mətbuata açıqlama verən xanım Muradova əslində iclas zamanı elə bir fikir səsləndirmədiyini və fikirlərinin təhrif olunduğunu deyib: “Birmənalı şəkildə deyirəm ki, o sitatlar nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının “təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm”.

“Xalq dolana bilmirsə, gedib soğan əksin” deyən millət vəkili Aqil Abbas da seçicilərinin qəzəbinə tuş gəlmişdi. Daha sonra Aqil Abbas: “Ailəm mənə danışmağı qadağa qoyub. Mən müsahibə verən kimi ölkədə it yiyəsini tanımır” – deyə, mətbuata açıqlama verməkdən itmina etdi.

Milli Məclisdə iclas zamanı deputat Qüdrət Həsənquliyev də maraqlı çıxışı ilə yadda qalıb. Deputatın İranı xəritədən silmək gücündə olduğumuzu bildirməsi sosial mediada müzakirə mövzusuna çevrildi. “Biz istəsək, İranı xəritədən silə bilərik” fikri deputat barəsində kreativ aktivistlərin müxtəlif “caps”lar ərsəyə gətirməsinə səbəb oldu. Hətta bəziləri tərəfindən dünya xəritəsi üzərində İranın “fotoşop”la silinməsini əks etdirən görüntülər Q.Həsənquliyevə “paddeşka” olaraq yayılmağa başladı.

Millət vəkili Ağacan Abıyev də bu ilin əvvəlində “Formula 1” yarışlarının əleyhinə çıxanlara Azərbaycan xalqının düşmənləri damğasını vurmuşdu. Millət vəkilinin “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar xalq düşmənləridir” ifadəsi böyük səs-küy yaratdı.

Spiker Oqtay Əsədovun Milli Məclisdə iclas zamanı “Milli Məclis müzakirə yeri deyil” deyə deputatlara etiraz etməsi vətəndaşların dodağını qaçırdı. Sosial şəbəkələrdə O.Əsədovun bu fikri günlərlə müzakirə mövzusuna çevrildi və spikerin bu ifadə ilə Milli Məclisin iclasına “peçat” vurduğu bildirilirdi.

Millət vəkili Hüseynbala Mirələmov da Milli Məclisdə xalqın sözünü çatdırmaq əvəzinə, xalqa maraqlı məsləhətlər və tövsiyələr verməklə yadda qalıb. Deputat bir müddət əvvəl çıxışı zamanı Azərbaycan xalqına az yeməyi tövsiyə etməsi, artıq çəkidən əziyyət çəkən insanlar arasında birmənalı qarşılanmamışdı. “Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır” – deyə, deputat bildirmişdi.

Mərhum millət vəkili Astan Şahverdiyev də sağlığında qalmqallı çıxışları ilə yadda qalıb. O, deputat kürsüsündə əyləşən zaman Rusiyada yaşayan azərbaycanlıları ölkəmizin “atxod”ları adlandırmışdı. Deputatın bu fikri ölkə ictimaiyyətində birmənalı olaraq etirazla qarşılanmışdı. Daha sonra A.Şahverdiyev səsləndirdiyi ifadəyə görə Rusiyada yaşayan azərbaycanlılardan üzr istədi. Millət vəkili Qusarda otellərin birində istirahət edən zamanı dünyasını dəyişib.