Həbibin Konoru məğlub etdiyi an divara həkk olundu
05.03.2020 12:54
İstanbulda küçələrdən birinə dağıstanlı boksçu Həbib Nurməhəmmədovun irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub etdiyi anın qrafiti çəkilib.
A24.Az xəbər verir ki, Nurməhəmmədov Məhəmməd Əmin Türkmənin çəkdiyi qrafitin fotosunu “Instagram” hesabında paylaşaraq, öz təşəkkürünü bildirib.
“Türkiyədə bir yer. Dəstəyiniz üçün təşəkkür edirəm”, – deyə Həbib yazıb.
Об этом сообщает Руспрес

