Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səfirin Azərbaycandakı fəaliyyəti başa çatdı

05.03.2020 13:00

Nazir Elmar Məmmədyarov Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Gyunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən A24.az-a verilən məlumata görə, tərəflər görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıb və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğuladı və bu xüsusda öz təşəkkürünü ifadə edib.
E.Məmmədyarov səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.
 

Об этом сообщает Футляр от виолончели