Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

AMB-nin saxlancına daha 400,2 kq qızıl təhvil verildi

05.03.2020 13:00

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra noyabrın 2-də Azərbaycana gətirilib.

Об этом сообщает Роспрес

Bu barədə A24.az-a Maliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan hökumətinin mənfəət payı olan – 12865,2troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələrini Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirib.

Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan 60813,8troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.