Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəkidə yol qəzası nəticəsində iki nəfər xəsarət aldı

05.03.2020 13:00

Şəki rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Об этом сообщает Руспрес

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral avtomobil yolunun Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində olub.

İki avtomobilin toqquşması nəticəsində Şəki kənd sakinləri – 1982-ci il təvəllüdlü Xudaverdiyev Teymur İsmayıl oğlu və 1996-cı il təvəllüdlü Eminov İlqar Nəbican oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralıların vəziyyətləri orta-stabil qiymətləndirilir, hazırda onların müayinələri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə sərxoş sürücü maşını aşırdıb.