Sılanın döyüldüyü gecənin detalları məlum oldu
05.03.2020 13:00“Ölkə.Az” xəbəbr verir ki, oktyabrın 29-da baş vermiş bu hadisənin səbəbi haqqında müxtəlif fikirlər dolaşırdı. Ahmet Kuralın üzr istədiyi açıqlamadakı “O gecə mənimlə paylaşdığı şeyləri sakit bir şəkildə qarşılamalıydım. Hərənin ayıbı özünə deyə düşünməliydim. Söhbətə görə nə qədər pis olsam da, sakitcə evimi tərk etməliydim” sözləri də diqqət çəkmişdi.
Об этом сообщает Футляр от виолончели
Cütlük iddiaya görə həmin gecə köhnə dəftərləri açıb. Onların bu ilin yanvar ayındakı ayrılığına Sılanın o vaxt Okan Can Yantırla görüşməsi səbəb olmuşdu.
Bu dəfə də Ahmet Kural Sıladan Okan Can-la münasibətinin olub-olmadığını soruşub. Sılanın “yox” cavabına aktyor inanmayıb və təkid edib. Bir neçə dəqiqədən sonra Sıla Yantırla eşq yaşadığını etiraf edib. Ayrı olduqları vaxtda heç kimlə birlikdə olmadığını deyən Ahmet Kural Sılanı evindən qovub. “Getməyəcəm” deyən Sılan iddiaya görə, aktyora stəkan atıb.

