Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda məktəb direktoru şəhidə verilmiş torpaq sahəsini mənimsədi

05.03.2020 13:08

Biləsuvar rayonunda orta məktəb direktoru şəhidə məxsus həyətyani torpaq sahəsini mənimsəyib.

Об этом сообщает Роспрес

Bu barədə A24.az-ın redaksiyasına daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, rayonun Nərimankənd tam orta məktəbinin direktoru Faiq Cəfərov şəhid Pərvin Əliyevin məktəbin stadionuna bitişik həyətyani torpaq sahəsini mənimsəyib.

Qeyd olunur ki, qalmaqallı torpaq sahəsi P.Əliyev şəhid olduqdan sonra onun ailəsinə hədiyyə edilib. Ümumi sahəsi 0.1 ha olduğu deyilən ərazi F.Cəfərov tərəfindən hasarlanaraq təhsil müəssisəsinin ərazisinə birləşdirilib.

Şikayətçi F.Cəfərovun məktəbə məxsus torpaq sahəsindən öz şəxsi təsərrüfatını inkişaf etdirmək məqsədilə istifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Pərvin Səlahəddin oğlu Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.