Azərbaycanın bu deputatı ən çox tənqid edilən şəxs oldu
05.03.2020 13:12Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi deputatlarla bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 15143 xəbər yerləşdirilib. Bunlardan 14910-u neytral, 194-ü mənfi, 39-u isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”: Ağalar Vəliyev (51 xəbər – deputatın şirkəti yenə narazılıq yaradır – şikayət var), Fazil Mustafa (30 xəbər – LIDER TV-nin canlı efirində deputata savadsız dedilər: qırğın düşdü ? video), Qüdrət Həsənquliyev (20 xəbər – general deputata çıxışına görə xəbərdarlıq etdi).
Müsbət xəbərlər arasında “liderlər”: Ağacan Abiyev (20 xəbər – Azərbaycan elminin və İdmanının İnkışafında böyük xİdmətləri olan Ağacan Abıyevin 80 illik yubileyi qeyd edilib), Adil Əliyev (19 xəbər – deputat Adıl Əliyevdən inanılmaz qəhrəmanlıq: Bakıda binanı partlatmaq istəyən şəxsi belə zərərsızləşdirdi).
Xəbər sayına görə sıralama:
| 1 | Oqtay Əsədov | 851 xəbər |
| 2 | Vahid Əhmədov | 607 xəbər |
| 3 | Qənirə Paşayeva | 591 xəbər |
| 4 | Vasif Talıbov | 582 xəbər |
| 5 | Əflatun Amaşov | 552 xəbər |
| 6 | Siyavuş Novruzov | 543 xəbər |
| 7 | Qüdrət Həsənquliyev | 536 xəbər |
| 8 | Fazil Mustafa | 531 xəbər |
| 9 | Rövnəq Abdullayev | 494 xəbər |
| 10 | Ziyafət Əsgərov | 472 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3434 xəbər dərc edilib. Bunlardan 3423-ü neytral, 9-u müsbət, 2-si isə mənfi xəbərdir.
Müsbət xəbərlər arasında “lider”: Ağacan Abiyev (9 xəbər- Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib).
Mənfi xəbərlər arasında “liderlər”: Fazil Mustafa (1 xəbər- deputatla tarixçi alimin davası böyüyür ,yeni ittihamlar), Zahid Oruc (1 xəbər- Oqtay Əsədov Zahid Oruca irad tutub).
Xəbər sayına görə sıralama:
| 1 | Oqtay Əsədov | 163 xəbər |
| 2 | Əflatun Amaşov | 159 xəbər |
| 3 | Siyavuş Novruzov | 148 xəbər |
| 4 | İsa Həbibbəyli | 138 xəbər |
| 5 | Vasif Talıbov | 111 xəbər |
| 6 | Ziyafət Əsgərov | 106 xəbər |
| 7 | Fazil Mustafa | 91 xəbər |
| 8 | Hikmət Məmmədov | 89 xəbər |
| 9 | Hadı Rəcəbli | 83 xəbər |
| 10 | Qüdrət Həsənquliyev | 82 xəbər |
Dekabr ayında televiziya kanallarında deputatlar haqqında 3467 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | İsa Həbibbəyli | 204 xəbər |
| 2 | Ziyafət Əsgərov | 183 xəbər |
| 3 | Oqtay Əsədov | 169 xəbər |
| 4 | Hadı Rəcəbli | 150 xəbər |
| 5 | Elman Nəsirov | 138 xəbər |
| 6 | Bahar Muradova | 134 xəbər |
| 7 | Siyavuş Novruzov | 127 xəbər |
| 8 | Səməd Seyidov | 118 xəbər |
| 9 | Fəttah Heydərov | 112 xəbər |

