Azərbaycanın bu yerlərinə də artıq QAZ VERİLDİ
05.03.2020 13:12Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib.
Об этом сообщает Роспрес
“Azəriqaz” İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1690 metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.

